AZ

“İnsanları geyiminə görə təhqir etmək, yaxud qovmaq olmaz” – PSİXOLOQ

Hər bir xalqın, ailənin, insanın özünün müəyyən dəyərlər sistemi və əxlaq normaları var. Təbii haldır ki, biz gündəlik həyatımızda, sosial mühütdə müxtəlif dəyərlər sisteminə, əxlaq normalarına sahib olan, bizim dəyərlər sistemimizdən və əxlaq normalarımızdan fərqli insanlarla rastlaşa bilərik. Və bizim onlara bunu hər hansı bir təhqir və ya köbul şəkildə etiraz etməyimiz düzgün deyil.

Bu fikirləri dünən paytaxt mağazalarının birində geyiminə görə mal satılmayan və qovulan qıza qarşı kobud davranışı şərh edən psixoloq Fidan Azərqızı İnterpress.az-a açıqlamasında bildirib.

 

Psixoloqun fikrincə, fərqli geyimi, yaxud həyat tərzi olan insanlara qarşı cəmiyyətin təpkisi təhqir şəklində yox, lazım gələrsə, hüquqi çərçivədə olmalıdır.

“Fərqli geyimi, yaxud həyat tərzi olan insanlara etirazımızı hər hansı bir təhqir və ya köbul şəkildə bildirməyimiz düzgün deyil.

Çünki biz qarşıdakı insanı təqdir edərək, cəmiyyət içərisində onu alçaldaraq, hər hansı bir psixoloji vəziyyətini bilmədən daha böyük zərər yetirə bilərik.

Təbii ki, hər hansı bir insan ailəsinə, çevrəsinə öz dəyərlər sistemindən, əxlaq normasından ziyan vurduğunu düşünürsə, bunu mütləq hüquq çərçivəsində həll etməlidir.

Bunun üçün bizim hüquqlarımız var, biz bu şəkildə müraciət edə bilərik və bu, onunla tənzimlənə bilər. Çünki qeyd etdiyim kimi, biz qarşıdakı insanın hansı psixoloji vəziyyətdə olduğunu və yaxud etdiyimiz təpkinin ona necə təsir edəcəyini bilmirik”, – deyə psixoloq fikirini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
interpress.az

1Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh