AZ

“Peyvəndlərlə əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası DövlətGömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və TədrisMərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə“Beynəlxalq İmmunlaşdırma Həftəsi”nə həsr edilmiş “Peyvənd həyatqurtarır” şüarı altında “Peyvəndlərlə əlaqədar doğru bildiyimizyanlışlar” mövzusunda seminar keçirilib.

Seminarın açılış hissəsində Azərbaycan Respublikası DövlətGömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d.,dosent İsmayıl Əfəndiyev, Azərbaycan Könüllü Təşkilatlarıİttifaqının Baş katibi Vüqar Əliyev və Azərbaycan RespublikasıDövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin SosialLayihələr və Motivasiya şöbəsinin inspektoru Fidan Salixova çıxışediblər.

Rəis müavini İsmayıl Əfəndiyev Azərbaycan Respublikası DövlətGömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdarhəkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun və öz adındantədbir iştirakçılarını salamlayıb, bugünkü seminarın vaksinasiyayavə peyvəndlərə dair aktual məsələlərə həsr olunduğunu bildirib. O,müxtəlif dövrlərdə insanların müxtəlif xəstəliklərə qarşıvaksinasiyasından danışaraq, qeyd edib ki, hələ ötən əsrin 60-70-ciillərində uşaqlara təbii çiçək xəstəliyinə qarşı peyvəndlərvurulurdu. Təbii çiçək xəstəliyindən minlərlə, milyonlarla insanlardünyasını dəyişirdi. Artıq o xəstəlik yoxdur və o virus dünyanınbir neçə laboratoriyasında yaşayır.

İsmayıl Əfəndiyev insanların ölümünə səbəb olan ağırxəstəliklərdən biri olan poliomielit və qızılca xəstəliklərindəndanışıb, Azərbaycanda da bu xəstəliyin əsas səbəblərindən biri kimiuşaqların vaxtında vaksinasiya edilməməsini göstərib. O, çıxışındaCOVİD-19 pandemiyası dövründə də vaksinasiyanın əhəmiyyətindəndanışaraq, məhz peyvəndlənmədən sonra insanların bu xəstəliyə qarşıimmunitetlərinin möhkəmləndiyini və daha yüngül keçirməsinivurğulayıb. O, həmçinin, hazırda qrip xəstəliyinə qarşı dapeyvəndlərin əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsanResursları İdarəsinin Sosial Layihələr və Motivasiya şöbəsinininspektoru Fidan Salixova tədbir iştirakçılarını salamlayaraq,seminarda müzakirə olunan mövzuların hər bir iştirakçı üçün maraqlıvə yaddaqalan olacağına əminliyini bildirib.
Fidan Salıxova deyib: “Azərbaycan Respublikası Prezidenti cənabİlham Əliyevin 1 fevral 2019-cu il tarixli Bakı Konqres MərkəzindəAzərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındabütün dövlət təşkilatlarına könüllüləri cəlb etmək, onların dövlətqurumlarında, nazirliklərdə təcrübə keçməsi üçün çağırış etmiş,bununla bağlı öz tövsiyələrini vermişdir. Möhtərəm cənabprezidentimizin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, gömrüksistemində gənclərin potensialından daha səmərəli istifadə etmək,onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq,cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətinə şəraityaratmaq, onların yaradıcı və innovativ potensialını üzə çıxarmaqvə inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət GömrükKomitəsi sistemində könüllülük hərəkatının inkişafı ilə bağlıtədbirlər haqqında 6 mart 2019-cu il tarixli Sərəncam imzalanmış vəhəmin Sərəncama müvafiq olaraq qurumumuzda könüllü gömrükçülərdəstəsi yaradılmışdır. O dövrdən də qurumda 1979 nəfər könüllülərdəstəsinə cəlb olunmuşdur, fəaliyyətini uğurla başa vurmuş 1463könüllüyə qurumumuz tərəfindən sertifikatlat verilmişdir”.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının Baş katibi VüqarƏliyev seminarın əhəmiyyətindən danışaraq, bu cür tədbirləringənclərin maarifləndirilməsində böyük töhfə olduğunu deyib. O,bildirib ki, Azərbaycanda könüllülər hərəkatı 2019-cu ildən vüsətalmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevgənclərlə görüşündə demişdir ki, Azərbaycanda ümumiyyətləkönüllülük fəaliyyəti bizə əcdadlarımızdan, dədə-babalarımızdangəlib çatan bir mirasdır. Azərbaycan könüllüləri Azərbaycanxalqının ətrafında birləşərək, pandemiya dövründə uğurla fəaliyyətgöstərmiş, daha sonra Vətən müharibəsində yaxından iştiraketmişlər, canları-qanları bahasına torpaqlarımızın azad olunmasındabirbaşa ön cəbhədə döyüşmüşlər. Vüqar Əliyev tədbirdə iştirak edəngənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadəninmoderatorluğu ilə keçirilən seminarda peyvəndlərlə qarşısı alınabilən xəstəliklər, peyvəndləmənin vacibliyi, o cümlədənpeyvəndlərlə bağlı miflər barədə Mərkəzi Gömrük Hospitalınıninfeksionisti Mədinə Abdullayeva “Peyvəndlərlə əlaqədar doğrubildiyimiz yanlışlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatınsonunda gənclər tərəfindən verilən suallar cavablandırılıb. Seminarxatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, seminara paralel olaraq ərkəzi Gömrük Hospitalınınfacebook səhifəsi üzərindən və distant şəkildə zoom platformasındancanlı yayımlanıb. Naxçıvan Baş Gömrük İdarəsinin müvafiq strukturbölmələrində fəaliyyət göstərən könüllü gömrükçülərin də qoşulduğuzoom platformasında ümulikdə 200 nəfər gənc seminarı izləyib.Seminarda iştirak edərək proqramı tamamlayan gənclərə sertifikatlarverilib.

“Peyvəndlərlə
“Peyvəndlərlə
“Peyvəndlərlə
“Peyvəndlərlə
“Peyvəndlərlə
“Peyvəndlərlə
“Peyvəndlərlə
“Peyvəndlərlə
“Peyvəndlərlə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
az.trend.az

3Mənbələr