AZ

Ermənistanın ilk prezidenti xəstəxanadan çıxdı

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan xəstəxanadan evə buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat yayıb.
 

“Bu gün planlı müayinədən keçdikdən sonra prezident Ter-Petrosyan xəstəxanadan buraxılıb”, - o bildirib.
 

Eks-prezident bir müddət əvvəl ürək problem ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Levon Ter-Petrosyan 6 oktyabr 1991-ci ildə Ermənistanın birinci prezidenti seçilib, 1996-cı ilin sentyabrda o, təkrar dövlət başçısı postuna seçilib.

3 fevral 1998-ci ildə Levon Ter-Petrosyan baş nazir Robert Köçəryan, müdafiə naziri Vazgen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılığa görə sonuncular tərəfindən istefa verməyə məcbur edilib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla