AZ

Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı (FOTO/VİDEO)

Bakı. Trend:

Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetməQrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdəBiznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutantestdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları –Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları daiştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsisimulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimizamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması vərabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlkolaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdudsayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2Gxidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet,3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidmətiilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiyatestində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isəregionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlərgörmüş qruplar tərəfindən icra olundu.

Qeyd edək ki, bu layihənin keçirilməsinə təkan verənfaktorlardan biri də Türk Dövlətləri Təşkilatının DövlətBaşçılarının Fövqəladə Zirvə görüşü zamanı Prezident İlham Əliyevinirəli sürdüyü təşəbbüs olub. Bu zirvə görüşü zamanı Ankara Bəyannaməsi və mülkimüdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.

Azercell-in Biznesin Dayanıqlığı şöbəsinin və cari layihəninrəhbəri Anar Mirzəyev bildirib ki, layihənin məqsədlərindən biri dəregion və Türk dövlətlərinin ərazisində baş verə biləcək böhran vətəbii fəlakətlər zamanı birgə addımlar atmaq üçün öncədəntəşkilatlanmaqdır: ”Ankara bəyannaməsinə əsasən, baş verə biləcəkmümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli,əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün Türk DövlətləriTəşkilatının milli fəlakətlərin idarə edilməsi qurumları arasındaəməkdaşlığı gücləndirmək və Mülki Müdafiə Mexanizminin yaradılmasıhaqqında razılığa gəlinib. Bu bənd BİQ layihəsinin yaradılmasıniyyəti ilə üst-üstə düşür.”

Test haqqında video-material:

Böhran
Böhran
Böhran
Böhran

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
9
Mənbələr
Şərh ()
Bağla