AZ

Norveç Ukraynaya göstərdiyi hərbi yardımın məbləğini açıqladı

Son aylarda Norveç Ukraynaya təxminən 1 milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım göstərib.

Yenisabah.az xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti istinadla məlumat yayıb.

Yardım paketinə artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçün xüsusi təyinatlı gəmi) və tanklara texniki xidmət avadanlığı daxildir.

Bundan başqa, Norveç Ukraynaya M109 tanklarında istifadə edilən 5 min ədəd M72 tank əleyhinə raket və artilleriya mərmisi tədarük edib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
Mənbələr
Şərh ()
Bağla