AZ

Erməni lobbisi Ermənistanda da qıcıq doğurur - VİDEOMÜSAHİBƏ

Prezident İlham Əliyev Almaniyada səfərdədir.

Erməni lobbisi və onların havadarları Almaniyada təxribat xarakterli aksiyaya hazırlaşırlar. Regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışırlar və gərginlik yaratmaq üçün belə ucuz şou qururlar.

Day.Az xəbər verir ki, məsələni Trend-ə şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri çox önəmlidir.

Onun sözlərinə görə, bu aspektdən də erməni lobbisi və diasporunun Ermənistanda qıcıq doğurması təbii qəbul olunmalıdır.

"Burada iki faktor var. Birincisi, erməni diasporunun ölkəmizə qarşı çıxış etməsi və ölkəmiz ətrafında yanlış informasiya mühiti formalaşdırılması cəhdləridir. Lakin onlar nə qədər cəhd göstərsələr də, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinə təsir göstərməyi bacarmadılar.

Eyni zamanda, ölkəmiz ətrafında aparılan təxribat kampaniyaları Azərbaycanın üzərinə bilavasitə kölgə salmağa cəhd göstərildi. Bütün bunlar effektiv nəticə vermədi", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
Mənbələr
Şərh ()
Bağla