AZ

Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olmaqda şübləi bilinən 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Bakının Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 5 kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb. 

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. V.Dadaşlı barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
 





Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
13
bizim.media

10Mənbələr

Şərh ()
Bağla