AZ

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Akrobatika

Bakı, 26 aprel, AZƏRTAC

Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən ümumilikdə 71 idmançı medallar uğrunda mübarizə aparıb.

Gimnastlar balans, temp və qarışıq hərəkətlər proqramında qüvvəsini sınayıblar.

Çempionatın sonunda balacalar (2009-2018-ci il), uşaqlar (2008-2013-cü il), yeniyetmələr (2006-2012-ci il), gənclər (2005-2010-cu il) və böyüklər (2009-cu il və daha böyük) yaş kateqoriyalarında qalib gələn idmançılara medal və diplomlar təqdim edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla