AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.
Xoşagəlməz hadisə Əvəzedicilər Liqasında 31-ci turun “Zirə-2” – “Neftçi-2” oyununda baş verib.
52-ci dəqiqədə Ramin Abdullayev qonaq komandanın futbolçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. "Neftçi-2"nin heyətində isə eyni səbəbdən 75-ci dəqiqədə Fərid Səfərli, 78-ci dəqiqədə isə İbrahim Novruzov meydandan qovulublar.
Hər üç futbolçu 3 oyun cəzalanıb. "Zirə-2" 200 manat, “Neftçi-2” isə 400 manat cərimə ödəyəcək.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta