AZ

ABŞ Ermənistanda yeni AES-lə bağlı tədqiqatlarda iştirak edir

Ermənistanda yeni AES-in tikintisi ilə bağlı texniki-iqtisadi tədqiqatlar aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə erməni “Telegram” kanalları İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.

Amerika təşkilatları da bu prosesdə iştirak edir. Ekspertiza hansı texnologiyanın və hansı gücə malik elektrik stansiyasının respublika üçün daha səmərəli və iqtisadi cəhətdən sərfəli olacağını anlamağa imkan verəcək.

ABŞ aprelin əvvəlində atom enerjisinin inkişafı və enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Ermənistana dəstək verməyə hazır olduğunu bəyan edib. (Yeni Sabah)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla