- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Sverdlovsk vilayətinin Asbest şəhərində səkkizinci sinif şagirdi bədən tərbiyəsi dərsi zamanı dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu özünün Telegram kanalında məlumat verib.
Məlumata görə, səkkizinci sinif şagirdi bu gün səhər idman zalında bir dövrə qaçıb, bundan sonra özünü pis hiss edib və oturacaqda əyləşib, daha sonra yıxılaraq huşunu itirib. Müəllim yeniyetməyə ilkin tibbi yardım göstərməyə çalışıb. Daha sonra təcili tibbi yardım əməkdaşları gəlsələr də, 8-ci sinif şagirdi yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Mehriban Mirzəzadə
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.