AZ

Erməniəsilli UFC döyüşçüsü azarkeşi vurmağa cəhd etdiyinə görə qonorarından oldu

Erməniəsilli rus döyüşçü Arman Tsarukyan UFC 300 turnirindəki iştirakı almalı olduğu qonorarı əldə etməyib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Nevada Atletika Komissiyası turnir zamanı azarkeşlə baş verən insident səbəbindən idmançının pulunu bloklayıb.

Xatırladaq ki, UFC 300 iventi zamanı azarkeşlərdən biri Tsarukyana orta barmağını göstərib, bundan sonra oktaqona tərəf gedən Tsarukyan onu vurmaq qərarına gəlib.

Hadisənin ardınca azarkeş idmançıdan üzr istəyib, Tsarukyan isə öz növbəsində onun üzrünü qəbul edib və iki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqorun də döyüşəcəyi UFC 303-ə bilet alacağına söz verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla