AZ

Şoyqu Çinin müdafiə naziri ilə görüşüb

Rusiya müdafiə naziri Sergey Şoyqu Çinin müdafiə naziri Dun Cizyunya ilə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının müdafiə nazirləri şurasının iclası çərçivəsində baş tutub.

Şoyqu iki ölkə arasında hərbi sahədə tərəfdaşlığın daha da gücləndiriləcəyini bəyan edib.

Dun Cizyunya isə qeyd edib ki, Çin və Rusiya silahlı qüvvələrinin qarşılıqlı fəaliyyəti dünya proseslərində sabitləşdirici rol oynayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
apa.az

1Mənbələr

Şərh ()
Bağla