AZ

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az sizi iclasda Misli Premyer Liqasının 31-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Sumqayıt” oyununun birinci hissəsi bitdikdən sonra “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.

“Qarabağ” – “Qəbələ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilib.

“Zirə” – “Neftçi” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 29 nömrəli futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Zirə” klubu 500 manat cərimə edilib.

“Zirə” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.

“Kəpəz” – “Sabah” oyununun 87-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

Seçilən
81
8
Mənbələr
Şərh ()
Bağla