AZ

İranda PUA hücumu nəticəsində iki nəfər öldü

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri tərəfindən silahlı pilotsuz uçuş aparatı ilə  həyata keçirilən  hücumu nəticəsində 2 nəfər həlak olub.
İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı məlumata görə, vilayətin “Şuru” bölgəsində “terror təşkilatı” üzvlərinə məxsus avtomobil təhlükəsizlik qüvvələri tərəfindən hədəf alınıb.
Hücumda 2 nəfərin öldüyü, “terrorçu” adlandırılan şəxslərin hansı təşkilata mənsub olduqları bildirilməyib.
İranla Pakistan sərhədində yerləşən Sistan-Bəlucistan əyaləti vaxtaşırı silahlı və bombalı hücumlar törədən “Ceyşul Adl” adlı təşkilatın hücumlarına məruz qalır.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
Mənbələr
Şərh ()
Bağla