AZ

Prezident: Qlobal Cənub ölkələri ilə təmaslarımız güclənəcək

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək.

Yenisabah.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzaladığını xatırladan dövlət başçısı diqqətə çatdırıb: “Ümid edirəm, bu beynəlxalq əlaqələrimiz imkan verəcək ki, həmrəyliyi gücləndirək. Buna böyük ehtiyac var. Bizdən maliyyə, həmrəylik və birgə məsuliyyət tələb olunur”.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
34
yenisabah.az

10Mənbələr

Şərh ()
Bağla