AZ

Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək qoyunları parçalayıblar

Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum ediblər.

Zaqatalada canavar mal-qaraya hücum edib - SIĞORTASI CƏMİ 9 MANAT İDİ - FOTO

FED.az xəbər verir ki,  hadisə bu gecə rayonun Böyük Göyüşlü kəndində məskunlaşan məcburi köçkün Atəş Quliyevin fərdi təsərrüfatında qeydə alınıb.

Təsərrüfatda 30 baş xırdabuynuzlu heyvan olub. Yırtıcılar onlardan 10-nu parçalayıb.

Qeyd edək ki, hadisə ilə bağlı əraziyə baytarlar və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb edilib. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıb. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
9
Mənbələr
Şərh ()
Bağla