AZ

Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır


ABŞ mərkəzli media şirkəti “U.S. News” ölkələrdəki mövcud şəraiti əsas götürərək uşaq böyütmək üçün hansının daha əlverişli olduğunu göstərən reytinq cədvəli hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, şirkətin rəsmi saytında dərc olunan məlumata əsasən, reytinq 17 mindən çox insan arasında aparılan sorğu əsasında hazırlanıb və aşağıdakı meyarlar əsas götürülüb:
- insan haqlarının vəziyyəti;
- ailə mühiti;
- gender bərabərliyi;
- xoşbəxtlik indeksi;
- gəlir nisbəti;
- təhlükəsizlik;
- təhsil imkanları;
- səhiyyənin vəziyyəti.

Qeyd olunub ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, reytinqə başçılıq edən İsveç və Norveç uşaq böyütmək üçün əla ölkələr hesab olunurlar. Belə ki, bu ölkələrin hər biri öz ümumi daxili məhsulunun 1%-dən çoxunu erkən uşaqlıq təhsili və qayğısına xərcləyir.
Reytinqə əsasən, uşaq böyütmək üçün ən yaxşı 5 ölkə bunlardır:
1. İsveç
2. Norveç
3. Finlandiya
4. Danimarka
5. Niderland

87 ölkənin yer aldığı siyahıda Azərbaycan 78-ci yerdə qərarlaşıb.
Reytinq cədvəlində Türkiyə 50, Ukrayna 57, Rusiya 62, Belarus 69 yerdədir.
Siyahıda son beşlik isə belədir:
83. Özbəkistan
84. Myanmar
85. Banqladeş
86. Qazaxıstan
87. İran

Murad Məmmədov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
yeniavaz.com

2Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh