AZ

Bakıda “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

"Sahibkarlar günü" və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusunda Konfrans keçirilib.

25 aprel ölkəmizdə - SAHİBKARLAR GÜNÜDÜR

FED.az KOBİA-ya istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov konfrans iştirakçılarına video müraciət ünvanlayıb, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Hünər Qrup” şirkətinin təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər.

Çıxışlarda ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilib.

Tədbirdə sahibkarlığın inkişafına və ASK-nın 25 illiyinə dair filmlər nümayiş olunub, dövlət-özəl dialoqunun inkişafına verdiyi töhfəyə görə bir qrup sahibkar mükafatlandırılıb.

Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

Xatırladaq ki, 22 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 9 ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.

BakıdaBakıdaBakıdaBakıdaBakıdaBakıdaBakıda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17795
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14592
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9445
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8219
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7270
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7083
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7013
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6994
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6898
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6642
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5591
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5346
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5173
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4916
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4744
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4529
Sabah 20 dərəcə isti olacaq
4195
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3969
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3334
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3237