AZ

AFFA "Neftçi"nin şikayətini təmin etmədi

style='margin-bottom:10px;'>

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, qurum "Neftçi"nin şikayətini təmin etməyib.

"Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanski "Sumqayıt-2" ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması və komandanın 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, 20 yaşlı hücumçu əvəzedicilər liqasının 29-cu turunda "Sumqayıt"la matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
14
Mənbələr
Şərh ()
Bağla