AZ

Münheni yayda tərk edəcək

Erik-Maksim Çupo-Motinq cari mövsümün sonunda “Bavariya”nı tərk edəcək.

“Sky Sports”un məlumatına görə, hücumçunun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Klub sözləşməni yenilənməyəcək. Çupo-Motinq hazırda komandanın ən çox maaş alan oyunçularından biridi. Onun illik məvacibi 10 milyon avroya bərabərdi. Rəhbərlik isə bu xərcdən qurtulmaq niyyətindədi.

Qeyd edək ki, təcrübəli forvard artıq Səudiyyə Ərəbistanı və Qətər klublarından təkliflər alıb. 35 yaşlı futbolçu cari mövsümdə bundesliqada 25 matçda 2 qol vurub və 3 qolun ötürməsini verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla