AZ

Putin Çinə səfər edəcəyini açıqlayıb

Rusiya prezidenti Vladimir Putin may ayına planlaşdırılan Çinə səfərini açıqlayıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya lideri səfərin tarixini dəqiqləşdirməyib. Qeyd olunur ki, Çinə səfər prezidentin seçkilərdən sonra ilk xarici səfəri ola bilər.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Çin lideri  Si Cinpin onun Pekinə səfərini Rusiya Federasiyası Prezidentinin qarşıdan gələn dövlət səfərinə hərtərəfli hazırlığın mühüm mərhələsi kimi alqışlayır.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla