AZ

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Bakı, 26 aprel, AZƏRTAC

Xocavənd rayonun Güney Xırman kəndindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bundan başqa keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyənləşdirilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
36
Mənbələr
Şərh ()
Bağla