- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Xəbər verdiyimiz kimi, Bərdədə 45 yaşlı kişi 23 yaşlı qız qaçırıb. Daha sonra 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb.
Day.Az xəbər verir ki, Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 22.04.2024-cü il tarixdə saat 08 radələrində Bərdə rayonu Uğurbəyli kəndində yaşayan 1982-ci il təvəllüdlü Rzazadə Fərhad Zakir oğlu həmkəndlisi 2001-ci il təvəllüdlü Abdullayeva Sevinc İlqar qızını Bərdə rayonu Uğurbəyli kəndindən ailə qurmaq məqsədi ilə iradəsinə zidd olaraq zorla qaçırıb Tərtər rayonuna oradan isə Bakı şəhərinə aparıb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 144.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.