AZ

ABŞ-dan Ukraynaya uzaqmənzilli raket

"Bir neçə saatdan sonra Ukraynaya bəzi silah və avadanlıqlar, hava hücumundan müdafiə sursatları və zirehli maşınlar göndərməyə başlayacağıq".Bakıvaxtı.az  xəbər verir ki, Amerika mətbuatı Bayden administrasiyasının gizli şəkildə Ukraynaya uzaqmənzilli raketlər verdiyini üzə çıxarıb.ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Jake Sullivan silahların Bayden tərəfindən keçən ay təsdiqlənmiş 300 milyon dollarlıq yardım paketinin bir hissəsi olduğunu və bu ay Ukraynaya göndərildiyini açıqlayıb:"Başqalarından eşitdiyiniz kimi fevral ayında prezident öz komandasına Ukraynanı suveren ərazidə istifadə etmək üçün əhəmiyyətli sayda uzaqmənzilli raketlərlə təmin etməyi tapşırıb. Onlar dəfələrlə raketlərdən Ukraynanın hüdudlarından kənarda istifadə etməyəcəklərini deyiblər.  Biz üzərimizə düşən öhdəliyi yerinə yetirdik, onların da öhdəliklərini yerinə yetirəcəyinə inanırıq".Baydenin 300 kilometr mənzilli uzaqmənzilli raket sistemlərinin göndərilməsi üçün fevral ayında yaşıl işıq yandırdığı bildirilib. Üstəlik, ABŞ Ukraynaya daha çox raket göndərməyi planlaşdırır."New York Times" qəzeti raketlərin Rusiyanın işğal etdiyi bölgələrdə istifadə edildiyini yazıb.Sullivan uzaqmənzilli raketləri müdafiə edərək Ukraynanın imkanlarını artıracağını qeyd edib: "Onları silahlarla təmin etməyimizin yaxşı hal olduğunu düşünürəm, amm onu da deməliyəm ki, istedad münaqişədə sehrli çubuqdur".Ay Tac

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
35
Mənbələr
Şərh ()
Bağla