AZ

Keçmiş ukraynalı nazir həbs olundu – VİDEO  

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi keçmiş aqrar siyasət və qida naziri Nikolay Solski barəsində həbs qərarı verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “RBC.Ukraine” nəşri məlumat yayıb. 

Ən yüksək antikorrupsiya məhkəməsinin qərarı ilə o, 75 milyon qrivna (1,89 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılma ehtimalı ilə həbs edilib. 

Solski qanunsuz olaraq 291 milyon qrivna (7,34 milyon dollar) dəyərində dövlət torpaq sahəsinə sahib olmaqda və 191 milyon qrivna (4,82 milyon dollar) dəyərində başqa torpaq sahəsini ələ keçirməyə cəhddə şübhəli bilinir. 
Aprelin 25-də Solski cinayət işinə görə istefa verib. 
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
7
bizim.media

9Mənbələr