AZ

Karlo Ançelotti Vinisius Juniorun çıxışını qiymətləndirdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın braziliyalı vingeri Vinisius Juniorun güclü tərəfləri ilə bağlı sualı cavablayıb.

Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onun ən yaxşı keyfiyyətlərindən biri sabitliyidir. Onun hələ də təkmilləşmə gücü var, xüsusən də cərimə meydançasında və topsuz hərəkət edərkən.

Vinisius tərəqqiyə davam edəcək, çünki onun bunu etmək üçün kifayət qədər təvazökarlığı və üzüyolalığı var”, deyə Karlo Ançelotti bildirib.

Xatırladaq ki, Vinisius Junior Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. O, “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə “Flamenqo”dan keçib. Braziliyalı vingerin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 19 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 257 oyun, 78 qol, 75 məhsuldar ötürmə.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 28 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Juniorun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla