AZ

QAİ Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Avropa İttifaqınıAzərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsinipisləyib.

Trend Qərbi Azərbaycanİcmasının bəyanatını təqdim edir:

“Eyni mərkəzdən idarə olunan məlum bədxah xarici dairələr songünlər “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı səlibyürüşlərini intensivləşdirmişdir. ABŞ konqresində və dövlətdepartamenti tərəfindən bu həftə atılmış anti-Azərbaycan addımlarınardınca Avropa Parlamenti 25 aprel tarixində qərəz və böhtan doluakt qəbul etmişdir. Guya azərbaycanlıların insan hüquqlarınınqeydinə qalan ikiüzlü Avropa parlamentariləri sözügedən qətnamə iləAvropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəçağırmışdır.

Görəsən ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğaledib yüz minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda,30 minə yaxın azərbaycanlını qətlə yetirəndə onların hüquqlarıAvropa Parlamentinin yadına niyə düşmürdü? Ermənistanın özərazisindən qovduğu 300 min azərbaycanlının öz evinə qayıtmasınaimkan verməməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışınaməhəl qoymaması Avropa Parlamentini niyə heç narahat etmir?

Bütün bunlar onu sübut edir ki, Avropa Parlamentinin sonaddımlarının əsl səbəbi insan hüquqları deyil, Azərbaycanın özərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsidir.

Əgər Avropa Parlamenti sanksiyalar yolu ilə insan hüquqlarınıtəşviq etmək istəyirdisə, onda milyondan artıq azərbaycanlınıntəməl hüququnu pozmuş Ermənistana qarşı sanksiyalar tətbiq etməyəçalışmalı idi. Qərbi Azərbaycan İcması Avropa Parlamentindənayrı-seçkilik siyasətindən, regionda vəziyyəti gərginləşdirənaddımlardan və insan hüquqları kimi ali dəyərdən sui-istifadəcəhdlərindən əl çəkməyi və Ermənistandan qovulmuş azərbaycanlılarınqayıdış hüququna hörmət etməyi tələb edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
15
Mənbələr
Şərh ()
Bağla