AZ

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Azərbaycanlı yazıçı Solmaz Amanovaya Çingiz Aytmatov medalı təqdim edilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimi Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində baş tutub.



Professor Amanovaya təltifi Çingiz Aytmatov Beynəlxalq Fondunun prezidenti Eldar Aytmatov çatdırıb. Yazıçıya təşəkkürnamə, vəsiqə və Aytmatov xatirə medalı təqdim olunub.



Qeyd edək ki, çox sayda kitabın müəllifi olan Solmaz Amanova Avropa Təbii Elmlər Akademiyasının tibb və uşaq ədəbiyyatına verdiyi töhfələrinə görə Leonardo da Vinçi medalı, "Robert Kox", Avropanın Şərəf ordeni, Dostluq ordeni, "İohan Voltqanq Höte", "Fridrix Şiller" və "Qrimm Qardaşları" medalları ilə təltif olunub.

























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq