AZ

Rusiyada müharibədən qayıtmış hərbçilər 100-dən çox adam öldürüblər

Ukraynadakı müharibədən qayıtmış rusiyalı əsgərlər iki ildə Rusiyada 100-dən çox insanı qətlə yetirib.

Redaktor.az xəbər verir ki, hesablamanı “Vyorstka” aparıb.

Nəşr bildirib ki, iki il ərzində Ukraynadakı müharibədən qayıtmış Rusiya ordusunun hərbçiləri azı 107 nəfəri öldürüb, yüzdən çox Rusiya vətəndaşını yaralayıb.

Araşdırmaya görə, bu cinayətləri 175 Rusiya hərbçisi, o cümlədən Vladimir Putinin əfv etdiyi 91 keçmiş məhkum, habelə 84 könüllü və ya Rusiya Federasiyasının hərbi qulluqçusu törədib.

Qeyd olunub ki, savaşdan qayıtmış rusiyalı hərbçilərin törətdiyi cinayətlərin əksəriyyəti məişət motivlidir və ya spirtli içkilərdən istifadə nəticəsində baş verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
4
Mənbələr
Şərh ()
Bağla