AZ

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, NDU-nun rektoru Elbrus İsayev və strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli Finlandiyada işgüzar səfərdədirlər. Səfər zamanı Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun dəstəyi ilə Helsinki Universitetində görüşlər keçirilib.



Görüşlərdə iki universitet arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, süni intellek, proqramlaşdırma, sənaye əlaqələrinin təkmilləşdirilməsi, birgə tədqiqatların aparılması, akademik heyətin mübadiləsi, onlayn təlimlərin keçirilməsi sahəsində ilkin razılıqlar əldə olunub. Süni intellekt və proqramlaşdırma üzrə əldə edilən razılığa əsasən bu sahədə IBM təlimlərində iştirak edən komanda üzvlərinin təcrübələrindən proqram mühəndisliyi institutunun qurulmasında istifadə etmək nəzərdə tutulub.
Nəzərinizə çatdıraq ki, dünya universitetləri sıralamasında 70-ci yerdə qərarlaşan, Finlandiyanın ən öndə gedən ali təhsil müəssisəsi olan Helsinki Universiteti   1640-cı ildə yaradılıb. Helsinki Universiteti Avropanın aparıcı tədqiqat universitetləri ilə əməkdaşlıq edən Avropa Tədqiqat Universitetləri Liqasının üzvüdür. Güclü beynəlxalq əlaqələrə malik Helsinki Universitetinin müxtəlif qitələrdəki ali təhsil müəssisəsləri ilə 80 əməkdaşlıq müqaviləsi var.
Qeyd edək ki, səfər, Naxçıvan Dövlət Universiteti ilə Helsinki Universiteti arasında strateji əməkdaşlığın yaradılması və zəruri olan əməkdaşlıq sahələrinin müəyyən edilməsində xüsusi rol oynayacaq. İki universitet arasındakı yaradılacaq iş birliyi, bilik və təcrübə mübadiləsi tədqiqat sahəsində inkişafı dəstəkləyəcək, hər iki universitetin təhsil sisteminə yeniliklər qazandıracaq.
Məmmədbağır Dünyamalıyev
NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8192
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5279
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5100
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4836
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4627
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3785
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3091
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2816
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2770
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2756
Sabah 20 dərəcə isti olacaq
2691
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2293
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2253
Röyanın biabırçı videosu yayıldı
2229
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2108
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2081
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1851
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1680
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1615