AZ

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Musavat.com-un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallara aydınlıq gətirməyə çalışıblar. Məlum olub ki, mərhumun yas mərasimində xanımı və övladları iştirak etməyiblər.

Qeyd edək ki, ölkənin sabiq baş pediatrı Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
10
Mənbələr
Şərh ()
Bağla