- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turundan təxirə salınmış oyunlar keçirilib.
Arena.az xəbər verir ki, bu gün daha bir belə qarşılaşma baş tutub.
Son çempion “Mançester Siti” bu dəfə səfərdə “Brayton”la qarşılaşıb. Hazırda potensial lider statusuna malik “şəhərlilər” bu oyunda da qalib gəlməklə növbəti çempionluq yolunda önəmli addım atıblar.
Beləliklə, bu nəticələrdən sonra 34 oyundan sonra 77 xala malik “Arsenal” vahid liderdir. 33 oyun keçirmiş və 76 xalı olan “Mançester Siti” ikincidir. “Liverpul” da 34 oyuna 74 xal toplayıb və üçüncü pillədə qərarlaşıb. “Aston Villa”nın 60, “Mançester Yunayted”in 53, “Nyukasl”ın 50, “Vest Hem”in 48, “Çelsi”nin 47, “Bornmut”un 45, “Brayton”un 44 xalı var.
İngiltərə, Premyer Liqa
29-cu turun oyunları
23 aprel
Arsenal – Çelsi 5:0
Qollar: Trossard, 4. Uayt, 52; 70. Haverts, 57; 65.
24 aprel
Vulverhempton – Bornmut 0:1
Qol: Semenyo, 37.
Kristal Pelas – Nyukasl 2:0
Qollar: Mateta, 55; 88.
Everton – Liverpul 2:0
Qollar: Brentueyt, 27. Levin, 58.
Mançester Yunayted – Şeffild Yunayted 4:2
Qollar: Maquayr, 42. B.Fernandes, 61-pen; 81. Höylund, 85 – Boql, 35. Brereton Dias, 50.
25 aprel
Brayton – Mançester Siti 0:4
Qollar: De Bröyne, 17. Foden, 26; 34. X.Alvares, 62.