AZ

Niderlandda antisemitlərə qeyri-adi cəza veriləcək

Niderlandda antisemitizm cinayətləri törətmiş şəxslər Milli Holokost Muzeyi və ya keçmiş konsentrasiya düşərgəsinə məcburi səfərlərə məhkum edilə bilərlər.

Teleqraf.com xəbər verir ki, Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (PPSD) və Demokratlar-66 (D-66) partiyalarından olan deputatlar müvafiq təşəbbüslə çıxış ediblər.

Məlumata görə, Niderlandda antisemitizm hadisələri İsrailin Qəzza zolağına hücumundan sonra xeyli artıb. Ötən il polisə 880 belə məlumat daxil olub ki, bu da əvvəlki illə müqayisədə 300 hadisə daha çoxdur.

Hazırda məhkəmə adətən antisemitizmdə günahkar olanları ictimai işlərə məhkum edir.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
Mənbələr
Şərh ()
Bağla