- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello hücumçu Rafael Leao və müdafiəçi Teo Hernandesin oyununu şərh edib.
Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, hər iki futbolçunun böyük potensialı olduğunu bildirib:
“Milan” onlarsız dərhal qüvvəsinin 60 faizini itirir. Bu futbolçuların böyük potensialı var. Amma hansı matçda yaxşı oynayacaqlarını bilmirsən. Bu isə tərəddüd yaradır”.
“Milan” İtaliya çempionatının turnir cədvəlində 2-ci yerdədir. “İnter” daha öncə vaxtından əvvəl A Seriyasının çempionu olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.