AZ

ABŞ Konqresi Kiyevə yardımın növbəti tranşı ilə bağlı işlərə sentyabrda başlaya bilər

ABŞ Konqresi hesab edir ki, Ukrayna üçün apreldə təsdiqlənmiş əlavə maliyyə yardımı ən çox bu ilin sonuna qədər kifayət edəcək. Trend-in məlumatına görə, bu barədə "The Hill" nəşri xəbər verib. Məlumata əsasən, Pentaqonda növbəti tranş üzrə işlərin sentyabr ayında başlaması gözlənilir. "Hər iki partiyanın senatorları bu həftə Konqresin təsdiqlədiyi 61 milyard dollarlıq paketin Kiyevə noyabrın sonuna qədər, ən çoxu ilin sonuna qədər kömək edəcəyini gözləyirlər", - deyə bildirilib. Eyni zamanda, nəşr respublikaçı konqresmenlərdən birinin köməkçisinə istinadən yazıb ki, Pentaqon avropalı tərəfdaşlarla əlaqə saxlayaraq, “sentyabrda Ukraynaya maliyyə yardımı üçün növbəti sorğunu formalaşdırmağa başlayacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla