AZ

Hansı peşədə çalışanlar daha xoşbəxtdir?

Araşdırmalar göstərir ki, dünyanın ən xoşbəxt işçiləri açıq havada və ictimai işlərlə məşğul olanlardır. İş Tapma İdarəsi və “BambooHR” platforması tərəfindən aparılan araşdırmaya görə, tikinti sektorunda çalışanlar bütün əsas sektorlar arasında ən çox xoşbəxtlik səviyyəsinə malikdirlər. Valyuta.az xəbər verir ki, platforma 2020-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər dünya üzrə 1600-dən çox şirkətdə ən azı 57 min işçinin məlumatlarını təhlil edib. Hazırlanan hesabatda işçilərin xoşbəxtlik səviyyələrinin son üç ildə dəyişdiyi, lakin inşaat işçilərinin xoşbəxtliyi ölçən testlərdəki ballarının həmişə yüksək olaraq qaldığı bildirilib. Digər tərəfdən, ekspertlərin fikrincə, bu, bir çox inkişaf etmiş ölkələrdə, xüsusən də ABŞ-da tikinti işçilərinin maaşlarının artması və iş yerlərinin bolluğu ilə bağlıdır.
Məsələn, ABŞ-ın ən böyük tikinti sənayesi assosiasiyalarından biri olan Amerika Baş Podratçılar Assosiasiyasının hesabatına görə, tikinti işçilərinin saatlıq əmək haqqı 2022-ci ildə son 40 ilin ən yüksək səviyyəsinə yüksəlib. Ölkədə bir tikinti işçisinin orta saatlıq əmək haqqı 17,70 dollardır. Ancaq bəzi şirkətlərdə 28,83 dollara qədər qalxa bilər. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, ölkədə tikinti xərcləri 2020-ci ildən bəri davamlı olaraq artaraq 2023-cü ilin iyulunda 1,9 milyard dollara çatıb.

Bundan əlavə, texnologiya, maliyyə, qeyri-kommersiya təşkilatları, səyahət və qonaqpərvərlik sektorlarında çalışanlar da xoşbəxtlik anketində yüksək bal toplayıblar. Anketdə tikinti sənayesi işçiləri 49 bal aldığı halda, texnologiya işçiləri də 41 bal toplayıb. Ən yaxşı bal toplayan sektorlar aşağıdakı kimi sıralanıb:

1. Tikinti: 49 bal
2: Texnologiya: 41 xal
3. Maliyyə: 37 bal
4. Qeyri-kommersiya təşkilatları: 35 bal
5. Qida: 35 xal
6. Səyahət və yerləşmə: 35 bal
7. Təhsil: 34 bal
8. Sağlamlıq: 31 bal

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17697
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14485
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9082
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8163
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7203
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6967
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6896
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6869
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6620
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5472
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5259
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5150
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4780
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4661
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4157
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3960
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3318
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3225