AZ

Kişi şahmatçılar arasında Azərbaycan çempionu müyyənləşib

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı başa çatıb.Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən hər iki görüşdə Xəzər Babazadəyə qalib gələn Vüqar Rəsulov bürünc medal qazanıb.

Çempionluğun taleyi Aydın Süleymanlı ilə Məhəmməd Muradlı arasında baş tutan finalda aydınlaşıb. İlk partiya heç-heçə başa çatıb. Bu gün keçirilən cavab oyununda isə Aydın Süleymanlı qələbə qazanıb.

Ümumi hesabda 1,5:0,5 hesabı ilə üstün gələn A.Süleymanlı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
17
Mənbələr
Şərh ()
Bağla