AZ

Stoltenberq: NATO ölkələri Ukraynaya vəd edilmiş yardımı göstərməyib

NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin Ukraynaya vəd edilmiş hərbi yardımı vermədiyini etiraf etməyə çağırıb. Almaniyada “Atlantic Bridge” qeyri-kommersiya təşkilatı üçün keçirilən tədbirdə danışan Stoltenberq “dürüstlüyə” çağırıb və “son aylarda NATO müttəfiqlərinin Ukraynaya vəd etdikləri yardımı göstərmədiyinə” işarə edib. Onun sözlərinə görə, bunu ABŞ-da Kiyevə yeni yardım paketi ilə bağlı uzun danışıqlar aparması və Ukrayna Silahlı Qüvvələrinə Avropa İttifaqından daha çox vəd verərkən mərmilərin aşağı səviyyədə tədarükü sübut edir. "Bu gecikmələrin nəticələri var" deyən Stoltenberq Rusiyanın buna görə cəbhədə irəlilədiyini qeyd edib. Buna baxmayaraq, o hesab edir ki, müttəfiqlər hərbi təchizatı artırsa, Ukrayna hələ də qalib gələ bilər

Seçilən
115
41
Mənbələr
Şərh ()
Bağla