AZ

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb.
Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik.

Airbus lüks təyyarəsi (A319)
AsiyanınMilyarder həyat yoldaşı Nitanın 55 illik yubileyi üçün ona dəyəri 28 milyon dollardan çox olan şəxsi təyyarə hədiyyə edib. Təyyarədə, xüsusi ofis, gözəllik salonu, musiqi sistemləri və peyk televiziyası var.

Rolls-Royce Cullinan Black Badge
AsiyanınKeçən il Divali bayramında Mukeş həyat yoldaşı Nitaya narıncı rəngli ultra dəbdəbəli "Rolls-Royce Cullinan Black Badge" avtomobili
hədiyyə edib. Bu bahalı maşın milyarderə təxminən 1 milyon 200 min dollara başa gəlib.

Xüsusi qarderob
AsiyanınDörd uşaq babası olan Mukeş nəvələrinə yəni qızı İşa Ambaninin əkiz övladlarına "Dior" və "Chanel" də daxil olmaqla dəbdəbəli brendlərin paltarları ilə dolu xüsusi qarderob hədiyyə edib.

"Bentley Continental GTC"
AsiyanınMukeşin oğlu Anant 2022-ci ildə Radhika Merchant ilə nişanlananda onlara dəyəri yarım milyon dollardan çox olan dəbdəbəli Bentley Continental GTC Speed avtomobili bağışlayıb.

22 mərtəbəli bina
Asiyanın2023-cü ilin aprelində Mukeş köhnə dostu Manoj Modiyə 15 milyard dollar dəyərində 22 mərtəbəli bina hədiyyə edib.

"Palm Jumeirah" sahilində villa
AsiyanınMukeş 2022-ci ildə oğlu Anant üçün "Palm Jumeirah"da 3000 kvadrat metrlik dəbdəbəli malikanə alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
4
Mənbələr
Şərh ()
Bağla