AZ

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Gürcüstan

Tbilisi, 25 aprel, AZƏRTAC

Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası tərəfindən ciddi tənqid olunub. Sənəd, əsassız və qərəzli hesab edilib.

AZƏRTAC xəbər verir ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze aprelin 25-də axşam saatlarında brifinq keçirərərk məsələyə münasibət bildirib.

K.Kaladze deyib ki, Avropa Parlamentinin deputatları müzakirə edilən şəffaflıq qanununun əksinə olan qətnaməni qəbul etməklə birbaşa qeyri-şəffaflığın və qaranlığın tərəfində olduqlarını göstəriblər.

“Avropa Parlamentinin deputatları biabırçı qətnamə ilə bizi şəffaflıq haqqında qanunu rədd etməyə çağırırlar. Onların istəyi gizli şəkildə ölkəmizə “qara pul” yeritməkdir. Bu pullar sonradan ölkəmizə qarşı destruktiv fəaliyyətə sərf olunur. Paradoksdur, amma bu qətnaməni dəstəkləyən deputatlar qeyri-şəffaflığın, qaranlığın tərəfində dayanırlar. Bu da yaxın gələcəkdə Avropa İttifaqının özünün xarici maliyyələşdirmə ilə bağlı daha sərt qanun qəbul edəcəyi fonunda baş verir. Qətnamədəki bu qeydlə onlar bizə birbaşa bildirdilər ki, onların etdikləri bizə haramdır”, - deyə Kaladze bildirib.

“Bu gün Avropa Parlamenti biabırçı qətnamə qəbul etdi. Bu tullantı kağızı dəstəkləyən deputatlar bir daha Avropa institutunu və azadlıq, bərabərlik, şəffaflıq və həqiqət üzərində qurulan Avropa ideyasını təhqir etdilər” – deyə Kaladze vurğulayıb.

O, Avropa Parlamentinin hakim “Gürcü Arzusu” partiyanın yaradıcısı və fəxri sədri Bidzina İvanişviliyə qarşı impiçment tələb etməsini də absurd adlandırıb.

Baş katib Avropa Parlamentinin Gürcüstanla viza rejiminə yenidən baxmaq təklifinə də münasibət bildirib. Qeyd edib ki, Avropa Parlamentinin qətnaməsindəki “vizanın liberallaşdırılmasına yenidən baxılması” məsələsi absurddur.

Onun sözlərinə görə, bu absurdun məqsədi hansısa yolla əhali arasında ajiotaj yaratmaq, ictimaiyyəti çaşdırmaq, daha sonra isə bu məsələni böyütməkdir.

“Bu prosesin başlanması üçün Aİ-yə üzv olan 27 ölkənin razılığı lazımdır. Xoşbəxtlikdən, Avropa bürokratiyasında hələ də sağlam siyasi qüvvələr var ki, onlar belə biabırçı addımı atmayacaqlar” – deyə, Kaladze vurğulayıb.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
82
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26970
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26470
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18146
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17582
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14450
Sabah 20 dərəcə isti olacaq
9749
May ayında Azərbaycana qar yağdı - VİDEO
8847
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8778
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8624
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8501
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7322
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7159
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6964
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6935
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6617
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6504
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6459
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6059
Azərbaycan nefti ucuzlaşıb
6042
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5877