AZ

"Sabah" Gənclər Liqasının qalibi oldu

AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Liqanın 31-ci turunda evdə “Kəpəz”i 5:0 hesabıyla məğlub edən “Sabah”ın U-19 komandası mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bununla da “Sabah” növbəti mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.

Qeyd edək ki, son 6 mövsümdür Gənclər Liqasının qalibi "Qəbələ" olurdu.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
7
Mənbələr
Şərh ()
Bağla