AZ

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb.

BiG.AZ xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib.

İsrailin Qəzzaya şiddətli hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayının 8455-ə yüksəldiyi qeyd edilib.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
49
Mənbələr
Şərh ()
Bağla