AZ

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.Korrespondent.az-ın məlumatına görə, bu barədə Azərbaycan parlamentinin Avroparlamentin qətnaməsinə münasibətində deyilir.Qeyd edilib ki, bu beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur:"Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusən sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə edildiyi dövrdə Avropa Parlamentinin növbəti aksiyası Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, səlibçilik düşüncəsinə qapılan qüvvələrin bu sülh prosesinə zərbə vuran, Azərbaycan Respublikasının nüfuzuna xələl gətirməyə yönələn bir addımdır".Qətnamədə yer alan iddialara gəlincə Milli Məclisdə bildirilib ki, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir:"Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir. Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana böhtan atmaqdan çəkinməyən Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə doğma yurdlarından qovularaq, etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün insan ləyaqətinin tapdalanması barədə həmişə susmağa üstünlük verib".Qeyd edilib ki, Azərbaycana qarşı yönələn bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna yeni bir zərbə vurur. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salan hərəkətlərdən çəkinməyə, ölkəmizlə bağlı məsələlərdə obyektiv mövqe tutmağa, siyasi mülahizələrə əsaslanan birtərəfli yanaşmadan çıxış etməməyə çağırır:"Eyni zamanda, Azərbaycan parlamenti bəyan edir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17693
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14473
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9027
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8163
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7179
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7051
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6967
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6868
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6868
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6620
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5470
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5251
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5139
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4756
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4645
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4150
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3957
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3316
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3225