AZ

Gömrük komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Dövlət Gömrük Komitəsi (DGK) “Coca-Cola” şirkəti barəsində inzibati protokol tərtib edib. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iitham olunur. 

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aynur Sadıqovun sədrliyi ilə baxılacaq. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Seçilən
174
8
Mənbələr
Şərh ()
Bağla