AZ

Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

 

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

 

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Qazaxıstanla dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu və bu əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

 

Qazaxıstanlı nümayəndələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan islahatlar barədə məlumatlandırılıb.

 

General-polkovnik S.Kamaletdinov isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.

 

Görüşdə, eyni zamanda Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.

 

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda Qazaxıstan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazaxıstan Respublikasındakı hərbi attaşesi polkovnik Zaur Kərimova "Beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə" medalını təqdim edib.

Seçilən
25
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20329
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19193
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18175
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17569
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16419
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16215
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16025
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15317
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11831
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11232
"Zaur, yenə çaşdın..." - VİDEO
8819
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8267
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7946
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7812
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7395
Minimum əmək haqqı nə qədər arta bilər?
7035
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6956
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6194
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5727