AZ

Birinci Liqa: Lider büdrədi, “İmişli” evdə, “Karvan” səfərdə sevindi

Bu gün futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Qaradağ Lökbatan” bu turda MOİK-lə qarşılaşıb və ev oyunundan xal itkisi ilə ayrılıb.

Liderin əsas izləyicisi “İmişli” isə “Zaqatala” ilə ev oyununda çətin qələbəyə sevinib.

Altı qolun qeydə alındığı “Araz Saatlı” – “Karvan” oyununda da Yevlax təmsilçisi qələbə qazanıb.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Birinci Liqa
23-cü tur

25 aprel

“Araz Saatlı” – “Karvan” 2:4
Qollar: Ravil Yusifli, 61. Oqtay Məmmədov, 83 – İsmael Sanoqo, 28. Peter Kinqs, 32. İzzət Müştaqov, 50. Emil Qasımov, 89.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Saatlı OİK stadionu, 15:30.

“Qaradağ Lökbatan” – MOİK 1:1
Qollar: Xəlil Bəşirov, 33 – Ramil Orucov, 13.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Lökbatan OİK stadionu, 16:00.

“İmişli” – “Zaqatala” 2:1
Qollar: İbrahim Əliyev, 9. Elnur Cəfərov, 64 – Rəhman Şabanov, 45+3-pen.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Samir Qaracayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

26 aprel

“Şamaxı” – “Difai Ağsu”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Tərlan Talıbazdə, Elvin Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 15:30.

“Mingəçevir” – “İrəvan”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Mirnihad Seyidov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
Mənbələr
Şərh ()
Bağla