AZ

Annalena Berbok: "Azərbaycan Almaniyanın dəstəyinə arxayın ola bilər"

“Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”.

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində brifinqdə deyib.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan bununla da iqlim mühafizəsi ilə bağlı üzərinə böyük məsuliyyət götürüb.
Berbok qeyd edib ki, COP29 tədbiri çərçivəsində Azərbaycan Almaniyanın dəstəyinə arxayın ola bilər.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
Mənbələr
Şərh ()
Bağla