AZ

SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iləAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidməti (DVX) arasında təlim və inkişaf sahəsi üzrəƏməkdaşlıq haqqında Memorandum imzalanıb.

Trend xəbər verir ki, sənəd hər iki dövlət qurumunun intensivəməkdaşlıq münasibəti qurmaqla əməkdaşların bilik və bacarıqlarınıninkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsini nəzərdətutur.

Memorandum tərəflərin birgə və ya SOCAR-a aid müxtəlifmövzularda keçirilməsi nəzərdə tutulan təlim və inkişaftədbirlərinin DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzindətəşkilini, qurumların əməkdaşlarının qarşılıqlı təlimlərdəiştirakını, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin(TTSİ) müvafiq infrastrukturunun DVX tərəfindən istifadəsini vəTTSİ təlimlərində DVX əməkdaşlarının müvafiq şərtlərlə iştirakını,elektron təlim materiallarının qarşılıqlı mübadiləsini və digərməsələləri əhatə edir.

Əməkdaşlıq haqqında Memorandumu DVX-nın rəis müavini SamirəMusayeva və SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevaimzalayıblar.

Tədbirdə çıxış edən Ziba Mustafayeva, Samirə Musayeva, SOCAR-ınkommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, DVXİnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova, DVX rəisininmüşaviri Sərxan Həşimov əməkdaşlıq istiqamətlərinin əhəmiyyətindəndanışıb və kommunikasiyanın qurulmasından məmnunluq ifadəediblər.

Qeyd edək ki, əməkdaşlığın uzun müddət davam etdirilməsi vəgələcəkdə insan kapitalının davamlı inkişafı istiqamətində əhatədairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.

SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
12
Mənbələr
Şərh ()
Bağla