AZ

Sumqayıtda diqqətsizlik edib qayda pozan 196 piyada cərimə edildi - FOTO - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun” şərti adı altında profilaktik tədbir keçirilib. Tədbir zamanı yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə marifləndirici söhbətlər aparıblar. Piyadalara və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyi tövsiyə olunub. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub.

Qeyd edək ki, mövsümə uyğun piyadaların hərəkət intensivliyi nəzərə alınaraq, eləcə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər artıq bir neçə gündür ki, daha da gücləndirilib. Bu istiqamətdə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.

 

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
17
Mənbələr
Şərh ()
Bağla